“Zaur Həsənovun ləyaqətinə toxunublar və ümidlərini öldürüblər”- Karl Rader

"Rüstəm İbrahimbəyovun səyləri lazımınca qiymətləndirilmədi, Cəmil Həsənlinin fəaliyyəti kifayət qədər dəstəklənmədi"

Başa çatmaqda olan il neftlə zəngin ölkənin siyasi, sosial və iqtisadi vəziyyətinə təsir göstərən hadisələrlə yadda qalıb.

Lakin bu ölkənin irəli və ya geri getdiyini söyləmək mümkün deyil. Oktyabrda keçirilən seçkilər siyasi vəziyyətə proqressiv dəyişikliklər gətirməyib, korrupsiya, Bakıda və regionlarda kütləvi etirazlar zamanı vətəndaşların əsas azadlıqlarının boğulması problemini həll etməyib.

Amerikalı analitik Karl Rader Turan-ın müxbirinə müsahibəsində 2013-cü ilə yekun vurub və yaxın dövr üçün perspektivləri qiymətləndirib.

Ən önəmli hadisələrlə bağlı sualın cavabında Rader deyib ki, başa çatmaqda olan il iki ölüm hadisəsi ilə yadda qalıb: İstanbulda Sevinc Babayevanın müəmmalı ölümü və Zaur Həsənovun özünü yandırması.

S.Babayevanın ürək tutmasından ölməsinə inanmaq çətindir, belə ki, bu, rəsmi şəxslərin iştirakı ilə ciddi korrupsiya qalmaqalı ilə bağlıdır.

Z.Həsənovun məsələsinə gəlincə, bu real hüquqi mexanizmlərin olmamasının göstəricisidir. Eyni zamanda o, heysiyyatına toxunublar və ümidlərindən məhrum edilib.

Digər mühüm hadisələr kimi dissidentlərin həbsi, “Azadlıq” qəzetinin, “Azad fikir” Universitetinin qapadılması və digər belə hadisələri göstərmək olar.

Bu fonda 45 mlrd. Dollarlıq layihə imzalanıb. “Şahdəniz” və TANAP layihəsi İlham Əliyevlə Avropa İttifaqı arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək.

Heydər Əliyevin dövründə özgəfikirliliyə və açıq siyasi diskussiyalara “yol verilməsi” xeyli yüksək həddə idi. Keçmiş prezident başa düşürdü ki, sonda bu, sərt nəzarət olunan rejimdən daha da inkişaf etmiş və çiçəklənən dövlətə aparır.

Heç bir şübhə yox ki, indiki “qızıl orta” əvvəlkindən kəskin fərqlənir, konkret desək, İlham Əliyevin xətti Heydər Əliyevin dövründən çox aşağıdır. Yəni, onun özgəfikirliliyə dözümü olduqca aşağıdır.

Bəziləri düşünürlər ki, “Binə” bazarında etiraz aksiyası, İsmayıllıda qiyam real islahatlara gətirib çıxarmalıdır. Lakin hakimiyyətin atdığı addımlar səthi xarakter daşıyır və yalançı demokratiyanın saxlanmasına xidmət edir. Böhrana səbəb olan ciddi problemlər aradan qaldırılmayıb.

Prezident daxili strukturu və vətəndaş cəmiyyətinin önəmini görmür. Bu anlamlar onun üçün yaddır.

“Anar Məmmədlinin həbsi Qərbdə hansı rezonans doğurub” sualının cavabında Rader deyib ki, çətin ki hüquq müdafiəçilərinin həbsi və ya prezident seçkilərinin saxtalaşdırılması, müxalifətin boğulması Azərbaycanla Qərbin münasibətlərinə təsir göstərsin.

Neft-qaz maraqları, həmçinin təhlükəsizlik və Əfqanıstan məsələsində Azərbaycanla əməkdaşlıq Bakının manevr etməsinə imkan verir. Qərb üçün Azərbaycanın daxili siyasi mənzərəsi üstünlük təşkil edir, nəinki Səudiyyə Ərəbistanı və Vaşinqtonun yaxşı münasibətdə olduğu digər neft dövlətləri. İlham Əliyev bu obrazı Vaşinqton, London, Brüssel və Strasburqdakı vəzifəli şəxslərə qəbul etdirə bilib.

2014-cü il üçün vəzifələrdən danışan analitik deyib ki, SOCAR boru kəmərləri üzrə sövdələşmə hakim rejim üçün triumf olub. İlham Əliyev İranla Rusiya arasında balans yaradaraq regional səviyyədə mühüm nüfuza sahib olmaqda davam edəcək.

Müxalifətin problemi azsaylı olmasıdır. Azərbaycan cəmiyyətinin bu təbəqəsi təhsilli və qərbə meylli gənclərdən, müxalifət üzvlərindən ibarətdir. İctimai rəyi səfərbər etmək üçün onların sayı azdır. 2013-cü ilin ibrət dərslərindən biri odur ki, müxalifət sadə azərbaycanlıları inandıra bilmədi ki, müxalifətin mübarizəsi onların mübarizəsidir.

Azərbaycan demokratlarının əsas vəzifəsi prezidentin populyarlığının səbəblərini öyrənməkdir. Bu, dözüm və uzunmüddətli əməkdaşlıq üçün barış tələb edir. Bu, ilk növbədə Milli Şura çərçivəsində əməkdaşlığa aiddir. Təəssüf ki, Rüstəm İbrahimbəyovun səyləri lazımınca qiymətləndirilmədi, Cəmil Həsənlinin fəaliyyəti kifayət qədər dəstəklənmədi, Karl Rader vurğulayıb. (Turan)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar