“Bu hərəkətə lazımi qiymət veriləcək” - Zakir Qaralov

Zakir Qaralov: “Binada baş verən yanğının ilkin səbəbi üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır”

Bakıda yaşayış binasında baş verən yanğınla bağlı Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Baş Prokurorluq birgə istintaq qrupu yaradıb.

APA-nın xəbərinə görə, bunu hadisə yerində olan baş prokuror Zakir Qaralov deyib.

Zakir Qaralov bildirib ki, bu sahədə ixtisaslaşdırılmış kadrlar istintaqa, əməliyyat qrupuna cəlb olunub: “Yanğına ilkin səbəb binanın üzlük örtüyünün lazımı keyfiyyətdə olmamasıdır. İcra orqanlarından təhvil-təslim aktları götürülüb. Bu hərəkətə lazımi qiymət veriləcək”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar