Bu gün Məhəmməd Peyğəmbərin ölüm günüdür (VİDEO)

Bu gün Allahın bəşər üçün göndərdiyi minlərlə Peyğəmbərin sonuncusu, Tanrı dininin ən kamil formasını insanlara çatdıran Həzrəti Məhəmmədin vəfatı günüdür. Məhəmməd Peyğəmbər Miladi tarixi ilə 570, yaxud 571-ci il Rəbiül-əvvəl ayının 17-də dünyaya göz açıb. Allah Peyğəmbərimizi insanlar arasından seçərək, özünə Rəsul etmişdi, Allah onu gözəl əxlaqına görə insanlara təqlid nümunəsi kimi vəsf edir. O, 40 yaşında olarkən Peyğəmbərliyə yüksəlib. Hira mağarasında olarkən, ona Müqəddəs Quranın ilk ayəsi nazil olub. Artıq bəşərin ən yeni tarixi də Məhəmməd Peyğəmbərin özü də ailəsi və ən yaxın adamları ilə birlikdə məşhur hicrət etdiyi 622-ci il iyulundan müsəlman erasının başlanğıcı olur. Adəm, Nuh, İbrahim, Musa, İsa peyğəmbərin zəhmətləri və səyləri ilə yetişən Allahın dini, Məhəmməd Peyğəmbər tərəfindən cilalanmış şəkildə Adəm övladlarına təqdim edildi. Bütün suallar cavablandırıldı. İndi heç kim “bundan daha kamili ola bilər” söyləməyə cürət etmir. Məhəmməd Peyğəmbər Miladi təqvimi ilə 632-ci ilin iyun ayında vəfat etdi.(anspress)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar