İsrailin baş naziri xəstəxanaya yerləşdirilib

Baş nazirin mədə-bağırsağı müayinədən keçiriləcək

İsrailin baş naziri Benyamin Netanyahu xəstəxanaya yerləşdirilib. ANS PRESS-in “Jerusalem Post”a istinadən verdiyi məlumata görə, baş nazirin mədə-bağırsağı müayinədən keçiriləcək.

Yoxlama illik tibbi müayinə çərçivəsində keçiriləcək. Netanyahunun müayinə olunduğu müddətdə onun salahiyyətlərini İsrailin xarici işlər naziri Aviqdor Liberman icra edəcək.

Xatırladaq ki, ötən həftə Netanyahu “Hadera” klinikasında müayinə edilib. Həkimə müraciət etməyə səbəb isə baş ağrısı və soyuqdəymə əlamətləri olub. Bir-iki saat müayinənədən sonra Netanyahuya “sinusit” diaqnozu qoyulub və müalicəsini davam etdirmək şərtilə evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar