“Bu dəqiqə ölməyə hazıram...” - Hacıbala Abutalıbov

"Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb?"

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yanan binaya vurulan "penoplast"la bağlı daha bir açıqlama verib. O, jurnalistlərə açıqlamasında qeyd edib ki, FHN açıqlama versə ki, bina yaşayış üçün yararlıdır, binanı təmir edib sakinlərin istifadəsinə verəcəyik:"Razılıq verilərsə, şənbə günü təmirə başlayacağıq. Hesab edirəm ki, iki aya təmir bitəcək. FHN binanın dayanaqlı olmaması haqda qərar versə, sözsüz ki bina söküləcək. Tezliklə yerində daha yaxşı bina tikiləcək. Hazırki binada 50 kvadratmetr evi olanlara biz yeni binadan 70 kvadratmetrlik məznil verəcəyik.

Hər bir ailə ilə bir-bir görüşmüşük. Onlara min manat kompensasiya verilib. Çoxu pulu alsa da, qohumlarınını evində qalmaq istədiyini bildirib və biz də bununla razılaşdıq. Çünki qohum evi onlara daha yaxşı və olar. Bu min manatlıq kompensasiya başqadır və ilk addımdır. Dövlət tərəfindən vəfat edənlərin yaxınlarına, yaralananlara və mənzildə xəsarət alanlara da bir dəfəlik müavinət veriləcək. Yanğınla bağlı ehtimallardan biri də üzlük material keyfiyyətsiz olmasıdır. Keyfiyyətsizdirsə, buna nəzərarət edənlər niyə baxmayıb? Tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb? Üç ildir ki, bu bina yanmır. İndi niyə birdn-birə yandı? Bu da sual doğurur. Bu materiallar Soçidə, Moskvada, ümumiyyətlə, bütün dünyada istifadə olunur. Amma xaricdə bu materialı bina divarına yapışdırırlar, bizdə isə aralı vurulub. Ona görə, boru kimi tam yanıb başa çatıb. Mən elmi fəaliyyətimlə əlaqədar 90-ci illərdə dəfələrlə xaricdə, Amerikadan Asiyaya qədər hər yerdə olmuşam. Onda bir arzum var idi, nə vaxt Bakı belə olacaq? İndi isə bu sözü "kaş bizim şəhərimiz də Bakı kimi təmiz olardı” xarici qonaqlar deyir".

Hacıbala Abutalıbov bildirib ki, hər bir sakini dinləyib onların bütün problemlərini həll edəcək:"Sakinlərə demişəm, hardan istəsəz kirayə ev tutun, pulu özüm verəcəm. Əgər bilsəm ki, mənim ölməyimlə yanğında vəfat edənlərdən biri geri qayıdacaq, mən bu dəqiqə ölməyə hazıram".

Hacıbala Abutalıbovun "tutaq ki, istehsal edən keyfiyyətsiz istehsal edib, bəs binaya vurulanda niyə nəzarət olunmayıb?" fikri heyrət doğurur. Bütün binaların qarşısında yazılırdı ki, fasadların üzlənməsi işi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçrilir. Bu qurumun da başında sən durursan, cənab Abutalıbov! Niyə nəzarət etmirdin? Bəlkə, sizi məcbur ediblər o üzlükləri binalara vurmağa, bilmirik. Ancaq Bakıda süni gözəlik yaratmaq naminə insanların həyatını təhlükəyə atmaq doğru deyil. Həm də heç doğru deyil...

Əlbəətə, artıq heç kim və heç nə ölənləri geri aytara bilməz, acıları dindirməz. Heç kimsə Hacıbala müəllimdən ölməyi də tələb etmir və etməz . Sadəcə bu için məsuliyyətini daşıyan bir insan kimi dərhal İSTEFA verməsi lazımdı, zəruriydi. O çox getdiyi xarici ölkələrdə belə edirlər. Bu elementar məmur etiikası hesab olunur!

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar