"MƏNİ ÇAŞDIRAN RAMİZ MEHDİYEV OLDU..." - Elşad Abdullayevdən Prezidentə yeni müraciət

ABU-nun sabiq rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev yeni ilin ilk günündə İlham Əliyevə müraciət etdi. Müraciətinin bir surətini də KİV-ə (o cümlədən AzPolitika.info-ya) yollayan E.Abdullayev yenə də hazırda həbsdə olan Gülər Əhmədova, habelə oğurlanmış qardaşı Mahir Abdullayevdən bəhs edib.

Musavat.com-un məlumatına görə, E.Abdullayev yazıb ki, Gülər Əhmədovanın cinayətləri haqqında siyasi sifarişli məhkəmə hökmü 02 dekabr 2013 il tarixində cıxarılsa da, həm prokurorluqda, həm də məhkəmə hökmündə onun ağır cinayət hesab edilən işi tam və hərtərəfli araşdırılmayıb, elə bil xırda dələduzluq cinayətinə hüquqi qiymət veriblər, belə bir ağır cinayəti adiləşdirməyə cəhd ediblər. Onun yazdığına görə, məhkəmədə diqqət mərhum Sevinc Babayeva ilə bağlı cinayətin üzərinə yönəlib: “Cinayət işinin əsas predmeti nə prokurorluğu, nə də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əlsultan Osmanovu maraqlandırıb. Siyasi sifariş olduğu üçün hələ də əsas qaranlıq məqamlara işıq salınmayıbdır, iş üzrə əsl həqiqətin açılmasında nə prokurorluq, nə də məhkəmə maraqlı deyil”.

E.Abdullayev yazıb ki, G.Əhmədovanın məhkəmədəki 02 dekabr 2013 il tarixli son sözü və məhkəmə hökmü ilə KİV vasitəsilə tanış olub. “Bu necə ədalət mühakiməsidir ki, məhkəmə hökmü cinayətdə günahkar bilinənin sifarişli yalanları üzərində qurulubdur” deyə sual edən hüquq professoru vurğulayıb ki, G.Əhmədovanın və gündə bir dəfə dəyişən vəkillərinin cıxışları əsasında bir tərəfli qayda da sifarişli tərtib olunan məhkəmə hökmü həqiqətə uyğun olmayan ağ yalanlar üzərində tərtib olunubdur: “Birincisi, Gülər Əhmədovanın məhkəmə stenoqramında 32 yalan var. O, məhkəmə stenoqramında 32 yalanın 12 tezisi ilə əsaslandırmağa cəhd edir ki, Elşad Abdullayevin cəkdiyi gizli video görüntülər E.R.A. Hüquq Xidməti MMC-in ofisində qanunsuz cəkilibdir. O, yalanını onunla əsaslandırır ki, güya E.R.A. Hüquq Xidməti qanunsuzdur, onun təsisçisi məlum deyildir, cəmiyyətin hüquqi ünvanı yoxdur, cəmiyyət gizli çəkilən ofisdə hüquqi qeydiyyatdan keçməyibdir. Təsiscisi, direktoru Elşad Abdullayev deyildir və s. əsasız yalanlarla cıxış edibdir. Cavab olaraq bildirmək istəyirəmki E.R.A.Hüquqi Xidmət MMC-i tam hüquqi Məhdud Məsuliyyətli Cəmiyyətdir. E.R.A. Hüquqi Xidmət MMC - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 05 aprel 2005 il tarixindən №0105 – P109 – 42682 saylı Dövlət qeydiyyatı haqqında Şəhadətnamə verilmişdir (Ərizəyə əlavə edilir). Şəhadətnamənin 8-ci bəndində qeyd edilir ki, cəmiyyətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşenli kücəsi, 9 – dur . Cəmiyyətin Nizamnaməsinin 3.1. bəndinə görə cəmiyyətin təsisçisi Abdullayev Elşad İslam ogludur (Ərizəyə əlavə edilir). AR Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı Üzrə Bakı Bölgə Şəbəsi Kommersiya Təşkilatlarının Dövlət Reystrindən çıxarişın 8-ci bəndinə görə təsisci Abullayev Elşad cəmiyyətin nizamnamə kapitalının 100 % -nə malikdir və 9-cu bəndinə gərə E.R.A. Hüquqi Xidmət MMC-in drektoru Abdullayev Elşad təyin edilibdir(Ərizəyə əlavə edilir) ; İkincisi, Gülər Əhmədova yalan danışaraq bildirir ki, gizli video görüntülər saxtadır. Məlumdur ki, Azərbaycan məhkəmə ekspertizası müəyyən etmişdir ki, video görüntülər saxta deyildir, orjinaldır. Üçüncüsü, Gülər Əhmədova yalan olaraq bildirir ki, mən Elşad Abdullayev ilə bir dəfə görüşmüşəm və bir dəfəyə bu qədər pulu mənə necə etibar edibdir? Mən Elşad Abdullayev olaraq bildirmək istəyirəm ki, mən heç bir vaxt Gülər Əhmədovanı ciddi adam kimi qəbul etməmişəm, məni çaşdıran Prezidentin İcra Aparatının müdiri Ramiz Mehdiyev olub. O, məni qəbul etdi və bildirdi ki, Prezident Aparatının birinci mərtəbəsində deputat Gülər Əhmədovanın kassasına fond pulu keçirməlisən. Həmin an məni Prezident Aparatının girəcəyində birinci mərtəbədə Gülər Əhmədova və rəhmətlik Sevinc Babayeva gözləyirdi”.

E.Abdullayev onu da yazıb ki, G.Əhmədovanın “onun yanına ABU-nun tələbələrinin işinə görə getmişdim” sözləri də özünü təkzib edir: “Əvvəla, heç bir videogörüntüdə biz Gülər ilə tələbə söhbəti etməmişik. Başqa bir tərəfdən də, 2003-2005-ci illərdə ABU-da heç bir tələbə problemi olmamışdır. Azərbaycan Beynəlxalq Universiteti Dövlət Akkreditasiya qeydiyyatından keçmiş qanunvericiliyə uyğun fəaliyyət göstərən “Abituriyent” jurnalının reytinq göstəricisinə görə, qabaqcıl ali təhsil müəssisəsi idi. Lakin bu cinayətkar ünsürlər ABU-nu qeyri-qanuni bir universitet kimi cəmiyyətə təqdim edirdilər. Əksinə, o, məndən Azərbaycan Beynəlxalq Universitetini Ramiz Mehdiyevin nüfuz dairəsinə keçirməyi tələb edirdi. O, eyni zamanda yalan danışaraq bildirir ki, mərhum Sevinc Babayeva və Lyudmila Məmmədova ABU-da işləyiblər. Rəsmi bildirmək istəyirəm ki, heç bir vaxt həmin şəxslər ABU-da heç bir vəzifədə calışmayıblar, onlar sosial şəbəkələrə Gülər Əhmədovanın şifarişi ilə cıxıblar. Yaxud, Tavat Şirinova 2007-ci il tarixindən müstəsna hal kimi Təhsil Naziri Misir Mərdanovun əmri əsasında işdən azad olunmuşdur. Şikayəti var idisə nə üçün mən videoları ictimailəşdirdikdən 6 il sonra şikayətçi oldu? Həmcinin Gülərin bacısı bir gün də olsun ABU-da işləməyibdir. Beşincisi, Gülər Əhmədova prokurorluğun istintaqında yazılı olaraq rəsmi ifadə vermişdi ki, mən Elşad Abdullayevdən pul almışam və qaytarıram. Məhkəmədə isə bildirir ki, yorğun olduğum üçün belə demişəm. Məlumdur ki, bizim hakimlərimiz o qədər də sadəlövh deyillər ki, Gülər Əhmədovanın belə nağıllarına inansın”.

E.Abdullayev iddia edir ki, susdurmaq məqsədilə onun əleyhinə Kiyev şəhərində həqiqətə uygun olmayan qara transplantasiya deyilən saxta, “fabrikovat” olunmuş cinayət işi açılıb. Onun yazdığına görə, Ukrayna Prokurorluğu cinayət işini ləğv edir, Azərbaycan baş prokuroru Zakir Qaralov onun əleyhinə saxta iş açıb: “Mən isə Ukrayna Prokurorluğundan tələb edirəm ki, bu işdə mənim heç bir iştirakım olmadığı halda adımı bu işə salanları araşdırsın, həmin vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olunsunlar. Yaxud 1 ay öncə ömrü boyu sağlam idmancı həyat tərzi kecirmiş mənim mühafizə xidmətinin əməkdaşı, Mahirin dostu olan Ramin Qədimov guya artıq dozada narkotik maddə qəbul etdiyinə görə Sevinc Babayeva sayağı dünyasını dəyişmişdir. Ramini tanıyan hər kəs yaxşı bilir ki, o, həmişə sağlam həyat tərzi keciribdir, heç siqaret cəkən şəxsdə deyildir, amma, onu əsasız olaraq cəmiyyətə narkotik maddəyə görə ölən kimi təqdim edirlər. Və ya bu işlə bağlı qətlə yetirilən digər şahidlər”.

E.Abdullayevin yazdığına görə, M.Abdullayevin oğurlanması işini araşdıran hüquq mühafizə orqanlarının rəsmiləri onlarla çoxsaylı söhbətlərində bu oğurlanma faktını inkar etməsələr də, bunu rəsmi təsdiq etməkdən boyun qaçırıblar: “Hətta Milli Təhlükəsizlik Nazirliyinin və Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Banditizm”in) əməkdaşları etiraf etdi ki, 70 faiz insanları ki, öz təşəbbüsümüzlə tuturuq, bu həbsi rəsmi etiraf edirik. Amma, 20-30 faiz lap yuxardan xüsusi sifarişilə apardığımız həbslərin səbəbini özümüz də bilmirik və bu həbslər barədə ümumiyyətlə, məlumat yaymırıq. Bütün bunlar da onun nəticəsidir ki, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilat zərərçəkmişin qohum-əqrəbası üzərində çirkin siyasi və məqsədli oyun qurub, bununla zərəcəkmişi təzyiq və təhdid altında saxlamaq, hansısa şərtlərini qəbul etdirmək məqsədi güdür”.

E.Abdullayev sonda onu da qeyd edib ki, son 10 il müddətində bu problemlərlə bağlı dəfələrlə müvafiq orqanlara müraciət edib. Sabiq rektor yeni ilin ilk günündə onları bir daha yada salmaqla onun həllinə ümid etdiyini deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar