Yeni institut yaradılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) tərkibində yeni institut yaradılacaq. APA-nın xəbərinə görə, bu qərar AMEA-nın bu gün keçirilən iclasında qəbul olunub.

AMEA Fizika İnstitutunun tərkibində yaradılan Biofizika və Smart Materiallar Mərkəzi Biofizika və Smart Materialları İnstitutu kimi müstəqil şəkildə fəaliyyət göstərəcək.

Qeyd edək ki, AMEA Fizika İnstitutunun nəzdindəki Biofizika və Smart Materiallar Mərkəzinə professor Oqtay Qasımov rəhbər təyin olunmuşdu. O, Biofizika və Smart Materiallar İnstitutuna rəhbərlik edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar