Yanğın zərərçəkənlərinin kompensasiyası azaldıldı - 500 manat

Dünən Binəqədi rayonunda dəhşətli yanğına məruz qalan binanın sakinlərinə vəd olunan kompensasiya tam şəkildə verilməyib. Belə ki, vəd olunan 1000 manatın əvəzinə zərərçəkən sakinlərə 500 manat kompensasiya verilib.Bu barədə Musavat.com-a məlumat verən mənbə qeyd edir ki, kompensasiya binada faktiki zərərçəkənlərə, zəhərlənənlərə və ev əşyaları yanan kirayənşinlərə yox, mənzillərin sahiblərinə verilir və buna görə də faktiki zərərçəkənlər ağır durumda, yardımsız qalırlar.

Qeyd edək ki, dünən BŞİH rəhbəri Hacıbala Abutalıbov zərərçəkənlərə 1000 manat məbləğində ilkin kompensasiya veriləcəyini demişdi. Digər səlahiyyətlilər isə onların Bilgəhdə kotteclərdə yerləşdiriləcəyini bildirmişdilər.

Ancaq bu gün məlum olur ki, zərərçəkən ailələr nə kotteclərdə yerləşdirilib, nə də onlara vəd olunan kompensasiyanı tam şəkildə ala biliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar