RÜSTƏM BEHRUDİNİN ÜSYANI - “Hesab sorulacaq bir kimsə yoxmu”

“Bu adamlar heyvandan daha pis, daha rəzildilər! Şeytanın tam kəndisidi bu "adamlar"!”

Şair Rüstəm Behrudi, Bakıda yaşayış binasının fasadına keyfiyyətsiz üzlüyün çəkilməsinə görə baş verən faciə ilə bağlı üsyankar fikirlər söyləyib. AzPolitika.info-nun məlumatına görə, şair Feysbuk statusunda bunları yazıb:

“Bütün ömrüm boyu içimdə hirs və hikkə adına heç nə olmayib. Ancaq indi dostum Ramizin sözü olmasın, "başdan ayağa hirs içindəyəm". Heyvan belə doyduqdan sonra, əziyyətlə ovladığı ovunu buraxıb gedir. Bəs adamlar niyə belədi, görəsən? Günahsız adamların ölümündən qazanılan paranı bu adamlar nə cür yeyirlər axı?!

Bu adamlar heyvandan daha pis, daha rəzildilər! Şeytanın tam kəndisidi bu "adamlar"! İçimdə bir ağrı var. Bir də üz tutub soruşmaq istəyirəm:

Bu nə cür məmləkətdi,

Bəndəsi haqq istəmir?

Torpaq da bizdən bezib,

Vətən olmaq istəmir.

Ruhumuz bilə-bilə

Qardaşdı şeytan ilə...

Bu yerdə Allah belə

Allah olmaq istəmir.

Hesab sorulacaq bir kimsə yoxmu bu məmləkətdə? Yoxmu, kimsə yoxmu?”

Bir fakt Rüstəm Behrudinin bu üsyankarlığına xüsusi məna qatır. Məsələ ondadır ki, 15 nəfərin ölümü ilə nəticələnən “penoplast əməliyyatını” Bakı Şəhər İcra Hakimiyyəti həyata keçirir. Rüstəm Behrudinin isə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla dost olduqları yeni məlumat deyil.

Sual olunur: Şair öz dostunamı üsyan etdi, yoxsa…

Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar