Dollarda yenidən bahalaşma sentyabrdan başlayacaq

dollar kredit azpolitikaBeynəlxalq kredit reytinqi agentliyi Moody's-un Analitik Direktoru Ryan Sweet, Federal Açıq Bazar Komitəsinin (FOMC) dünən dərc olunan iclas protokollarını və ABŞ iqtisadiyyatına dair son məlumatları qiymətləndirib.

Sweet, ABŞ Mərkəzi Bankının (Fed) əmək bazarındakı proseslərinə iqtisadiyyatın artım göstəricisindən daha çox əhəmiyyət verdiyini bildirərək, "Əgər məşğulluq artımındakı sabit tendensiya davam edərsə, Fed, faiz artımına iqtisadi artım rəqəmlərində "dalğalar" olsa belə, Sentyabrda başlayacaq" - deyib.

ABŞ Ticarət Nazirliyinin aprelin sonunda açıqladığı ilkin göstəricilərə görə, ölkə iqtisadiyyatının ilin ilk rübündə 0,2 faiz ilə gözləntilərdən çox aşağı artdığını ortaya qoymuşdu. Artım göstəricisi 29 May Cümə günü yenilənərək yenidən açıqlanacaq.

Qeyd edək ki, Fedin Faiz artımına başlaması ilə dolların digər valyutalar qarşısında daha da bahalaşacağı gözlənilir. /"marja"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar