Rusiyadan Azərbaycana sammitqabağı TƏXRİBAT: “Çin "DQR"-i tanıyır” – VİDEO

Rusiyanın internet məkanında Çinin qondarma “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınmasına dair BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etdiyinə dair sensasion videomaterial yerləşdirilib. Virtualaz.org saytı xəbər verir ki, videosüjet Rusiya Federal Təhlükəsizlik Xidmətinə bağlı olan, Qafqaz tematikası üzrə ixtisaslaşmış resursda yer alıb. Videomaterial Rusiyanın FTX-yə bağlı “Life News” kanalının süjeti kimi təqdim olunur.

Orada deyilir ki, Çinin baş naziri özünün Twitter bloqunda rəsmi Pekinin “DQR”in müstəqilliyinin tanınmasına dair BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim etdiyinə dair məlumat verib.

Daha sonra deyilir ki, əgər BMT Təhlükəsizlik Şurasının üzvləri, eyni zamanda Minsk Qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa bu qətnamə layihəsini dəstəkləsələr, “DQR” müstəqil respublikaya çevriləcək və BMT-yə daxil olacaq.

Süjetdə daha sonra Dağlıq Qarabağ münaqişəsi haqda məlumat verilir, “DQR”in tanınmasının mümkün nəticələri haqda danışılır.

Bildirilir ki, Çinin təqdim etdiyi qətnamə layihəsi dəstəklənsə keçmiş sovet respublikaları ərazisindəki tanınamayan “respublikaların” əsl müstəqillik paradı başlayacaq.

Bir-birinin ardınca Cənubi Osetiya, Abxaziya, Dnestryanı bölgə, “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” müstəqil olacaqlar. Süjetdə daha sonra Putinin Qarabağ münaqişəsinə dair fikirlərinə, amerikalı həmsədrin ölkəsinin “DQR”i tanımadığı haqda açıqlamasına, münaqişəyə dair Fransanın mövqeyinə yer verilir.

Çin Dağlıq Qarabağ münaqişəsinə dair həmişə özünün ehtiyatlı və balanslı mövqeyi ilə tanınır. Bu baxımdan Çinin belə təşəbbüslə çıxış etməsi əsl sensasiya və hamını şoka sal bilən hadisə hesab edilməliydi. Əgər işin arxasından açıq-aşkar təxribat iyi gəlməsəydi...

Bu, şayiə və təxribat xarakterli məlumatdır. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın Çindəki səfirliyinə təlimat verilib ki, səfirlik bu təxribat barədə Çin Xarici İşlər Nazirliyini məlumatlandırsın”. Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev “lifenews” kanalının Çinin BMT Təhlükəsizlik Şurasına “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qətnamə təqdim etməsi barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

Araşdırmamız zamanı məlum olub ki, videosüjet “Life News” kanalının süjeti kimi təqdim edilsə bu kanalın internet səhifəsində hazırda həmin video yer almır.

Videosüjet “Qroznı” telekanalının efirindən yayımlanan “Kavkazskaya politika” kanalının saytında (caucasianpolitics.ru) dünən - mayın 20-də yer alıb, lakin hazırda həmin resursdan çıxarılıb. Ancaq süjet Youtube portalında qalmaqdadır.

Çinin məsələyə dair mövqeyini isə bu ölkənin Bakıdakı səfirliyi izah edib, məlumatın yalan olduğunu bildirib.

O da maraqlıdır ki, Çinin “DQR”in müstəqilliyini tanımağa çağıran “qətnamə layihəsi təqdim etməsindən” hələ ermənilərin özlərinin də xəbəri yoxdur. Yəni təxribatçı videosüjet tamamilə “rus malıdır” və görünür, bu gün Riqada işə başlayan “Şərq tərəfdaşlığı” sammiti ərəfəsində Azərbaycana hansısa mesajları çatdırmağa hesablanmışdı...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar