Liq TV Hakan Şükürü işdən çıxardı

Bir neçə gün əvvəl AKP-dən istefa verən və Liq TV-nin Marafon proqramında futbol şərhçisi işləyən millət vəkili Hakan Şükür bu telekanaldan kənarlaşdırılıb. Liq TV rəhbərliyinin bu qərarına münasubət bildirən Hakan Şükür “Bu addımın atılacağına şübhə etmirdim və gözləyirdim” deyib.

Musavat.com-un Vatan qəzetinə istinadən verdiyi məlumata görə, Hakan Şükür bütün həyatıboyu əngəllərlə üzləşməsindən şikayətlıənib: " Mənim qismətim də belədir, demək ki.. Futbolçuykən də, şərhçiykən də mənim özümü müvəffəqiyyətli hiss etməmə icazə vermirlər".

Türkiyə şərhçiləri H.Şükürün hakimiyyətdə olan AKP-nin qeyri-rəsmi təlimatıyla işdən çıxarıldığını iddia edirlər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar