Ölkəyə penoplast gətirən şirkətlə bağlı məlumat təsdiqlənməyib – Vüqar Seyidova aidiyyatı yoxdur

Binəqədi rayonunda 16 mərtəbəli yaşayış binasında 15 nəfərin ölümünə səbəb olmuş dəhşətli faciənin doğurduğu bir çox suallar cavabsız qalıb. Artıq hüquq-mühafizə orqanlarının rəhbərləri, hətta Prezident İlham Əliyev də ilkin versiya kimi faciəyə binaya keyfiyyətsiz, standartlara cavab verməyən üzlüyün vurulmasının səbəb olduğunu dilə gətiriblər.

Bu işlər isə artıq rəhbəri həbs olunmuş “Qlobal konstrakşn” şirkəti tərəfindən həyata keçirilib. Üzləmə materialının tədarükçüsü hələki məlum deyil. Bəzi məlumatlara görə, bu firma Beynəlxalq Bankın tərəfdaşı idi.

Lakin ən maraqlısı odur ki, bu şirkət kimə məxsusdur? Yanğından dərhal sonra “Turan” agentliyi xəbər vermişdi ki, firmanın sahibi Azərbaycanın çox yüksək vəzifəli məmurunun kürəkənidir.

Lakin agentlik onun kimliyini açıqlamamışdı. Elə həmin ərəfədə “AzPolitika”ya daxil olan bir məlumatda iddia olunmuşdu ki, tezalışan üzləmə materialının tədarükçüsü olan şirkət Hacıbala Abutalıbovun qardaşının kürəkəni, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidova məxsusdur. Mənbənin mötəbərliyini nəzərə alaraq, bu informasiyanı təqdim etsək də, digər mənbələrlə dəqiqləşdirə bilmədiyimizi də qeyd etmişdik. Lakin təəsüf ki, sonrakı araşdırmalarımız zamanı ilkin informasiya təsdiqini tapmadı. Bu səbəbdən “AzPolitika” penoplast tədarükçüsü şirkətlərin Vüqar Seyidova məxsus olduğu barədə iddianı təkzib edir.

İnformasiyanı tam dəqiqləşdirmədən təqdim etdiyimiz üçün hörmətli Oxucularımızdan üzr istəyirik.

“AzPolitika”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar