ABŞ-da bin-Laden arxivi «açıq» elan olunub - "Allah bizim tərəfimizdə olmadığına görə..."

Xarici KİV-in yaydığı məlumata görə, ABŞ-ın milli kəşfiyyatı 2011-ci ildə dünyanın 1 nömrəli terrorçusunun sığınacağına hücum zamanı ələ keçirilmiş sənədlər toplusunu ictimaiyyətə təqdim edib (Rosbalt).

Dərc olunmuş sənədlər arasında özünəməxsusluğu ilə seçilən «işə qəbul anketi blankı» da var. Anketdə belə suallar qoyulur: «Siz «ölümə gedənlər»in əməliyyatlarında iştirak etmək istəyirsinizmi?» və «Əgər siz «din əzabkeşləri siyahısı»na düşsəniz, kimə xəbər vermək lazımdır?»

Dərc olunmuş sənədlərdən görunur ki, Usama bin Laden öz silahdaşları ilə birlikdə İslam qruplaşmaları arasında daxili qarşıdurmada iştirak etmək əvəzinə, ABŞ-a hücumları davam etdirmək niyyətində olub.

«Bizim əməliyyatların hesabatı» adlı bir sənəddə deyilir ki, «Allah bizim tərəfimizdə olmadığına görə» bir sıra terror aktlarını həyata keçirmək mümkün olmayıb. Bununla, Rusiyadakı məqsədlər (qaz kəmərini və ya ABŞ səfirliyini partlatmaq), həmçinin Britaniya və Danimarkada əl-Qaidənin amerikalılara hücumlarına hazırlıq işləri nəzərdə tutulur. Bu məqsədlə oraya «üç qardaş»dan ibarət qrupun göndərilmiş olduğu bildirilir.

Sənədlərin bir çoxu Pakistan və Əfqanıstandakı fəaliyyətləri əks etdirir və «Taliban» hərəkatını tərifləyir. Bundan başqa, sənədlər arasında bu yaxınlarda «açıq» elan olunmuş və «böyük pulların despotizmi»ni ifşa edən çıxışlar da var.

Usamə bin Ladenin kitabxanasında müxtəlif ekstremist qruplaşmaların dini traktatları, ingilis dilli KİV-dən materiallar, həmçinin «Obamanın müharibələri» və «Pulla almaq mümkün olan ən yaxşı demokratiya» adlı kitablar da var.

ABŞ Milli kəşfiyyatı ofisinin bəyanatında deyilir ki, sənədlərin ictiimaiyyətə açıq elan olunmması hökumət idarələrinin fəaliyyətinin yoxlanması və prezident Barak Obamanın dövlət qurumlarının işini daha da şəffaf etmək və milli təhlükəsizlik prioritetlərinə cavab verəcək hala gətirmək barədəki çağırışları ilə bağlıdır («Azadlıq» radiosu).

Xəbər verildiyi kimi, əl-Qaidə terror qruplaşmasının lideri Üsamə bin Laden 2011-ci ilin mayında Abbottabadda (Pakistan) ABŞ hərbçiləri tərəfindən öldürülüb. İslamçının cəsədi dənizdə basdırılıb. Rəsmi məlumatlara görə, Bin Laden 11 sentyabr 2011-ci ildə Nyu-York və Vaşinqtonda həyata keçirilmiş terror aktlarının təşkilatçısı olub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar