MTRŞ ATV rəhbərliyinə irad tutdu - Mətanətə görə...

Milli Televiziya və Radio Şurasında ATV kanalında yayımlanan “Gündəlik” verilişinin aparıcısı Mətanət Əliverdiyevanın verilişdə səsləndirdiyi fikirlərlə bağlı müzakirə aparılıb.

MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov APA-ya açıqlamasında bildirib ki, məsələ ilə bağlı ATV kanalının rəhbərliyinə şifahi irad bildirilib.

Qeyd edək ki, mayın 20-də efirə gedən "Gündəlik" verilişində Binəqədi rayonunda çoxmərtəbəli binada yanğın baş verməsi ilə bağlı səsləndirdiyi fikirlər ciddi etiraza səbəb olub.

"Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi”, - deyə aparıcı verilişində bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar