Aralıq dənizində 900 miqrant xilas edilib

Xarici KİV-in məlumatına görə, Aralıq dənizində Afrikadan olan və balıqçı qayıqları ilə Avropaya keçmək istəyən 900 nəfərə yaxın qeyri-leqal miqrant xilas edilib (Rosbalt).

İtaliya sərhədçilərinin məlumatına görə, onların 300 nəfərə yaxını «Triton» adlı Avropa missiyasının iştirakçısı olan və miqrant dalğalarını önləmək üçün göndərilmiş fransalı dənizçilər tərəfindən xilas edilib. Qalanları italiyalılar xilas edib.

Miqrantların tezliklə Siciliya adasına göndəriləməsi nəzərdə tutulur.

Bundan əvvəl xəbər verilmişdi ki, Avropa İttifaqı bir neçə həftədən sonra Aralıq dənizində qeyri-leqal miqrasiyaya qarşı hərbi-dəniz əməliyyatları keçirəcək. Bu zaman, miqrant daşıyan qaçaqmalçı qayıqların hərbçilər tərəfindən məhv edilməsi barədəki planlar güclü tənqid dalğası doğurub. Çünki bu planlarda konkret olaraq, hansı qayıqların məhz qaçaqmalçı olduğunu müəyyən etmək barədə heç nə deyilmirdi.

Artıq xəbər verilib ki, aprelin 18-dən 19-na keçək gecə Aralıq dənizində 850 qeyri-leqal miqrantı daşıyan gəmi həddindən artıq yüklənməsi səbəbindən batıb. Bu zaman, cəmi 28 nəfər xilas edilib. Gəmi qəzasından sonra Avropa İttifaqı qeyri-leqal miqrant dalğaları ilə mübarizə haqqında planı təsdiqləyib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar