Norveç Rusiya kəşfiyyatçılarını ifşa edir

Xarici KİV-in məlumatına görə, Rusiya xüsusi xidmət orqanları əməkdaşları Norveçin təhlükəsizlik xidməti strukturlarına «daxil olmağa» çalışırlar. Bu barədə Norveç əks-kəşfiyyatı polis təhlükəsizliyi xidmətinin rəhbəri Anre Kristian Heygsteyl deyib: «Heç vaxt 100 faiz əminlik olmasa da, biz hesab etmirik ki, Rusiya kəşfiyyatı uğur qazanıb...» («NRK»).

Onun sözlərinə görə, Norveç tərəfindən tətbiq olunun üsulları bilmək Rusiya üçün vacibdir. Bu səbəbdən də Rusiya belə məlumatları əldə etmək üçün öz agentlərini Norveçin müvafiq starukturlanda «yerləşdirmək» cəhdləri göstərir (Rosbalt).

Bundan əvvəl İsveçin təhlükəsizlik xidməti SAPO bildirmişdi ki, Rusiya kəşfiyyatı hədsiz fəallıqla İsveç ərazisində məxfi məlumatların toplanması ilə məşğuldur. SAPO-nun illik hesabatında Rusiya İsveç üçün «ən ciddi təhlükə» kimi qeyd olunub.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar