Cəmi 6 manata görə həlak oldular

Bakıda yaşayış binalarına vurulan poliuretan üzlüklərin yanmasına səbəb həmin maddələrin hər kvadratmetrinə dəyəri 6 manat olan kimyəvi məhlulun vurulmamasıdır.

Bunu jurnalistlərə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Bakıda poliuretan üzlüklərlə üzlənmiş 64 bina 10 gün ərzində söküləcək: “Yaxın 2-3 aydan sonra Bakıda poliuretan üzlüklərlə üzlənmiş bina qalmayacaq. Hazırda paytaxtda bu üzlüklərlə üzlənmiş 140 bina var. Bunlardan 64-ü çoxmərtəbəli binadır”.

Qeyd edək ki, poliuretan üzlüklər "Global Stone" şirkəti tərəfindən istehsal olunub. Artıq şirkətin rəhbəri həbs olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar