Abid Şərifov yanğın baş verən ərazidə

Abid Sherifov 090410Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov yanğın baş verən əraziyə gedib. APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, o, Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib. Artıq bununla bağlı hazırlıqlara başlanılıb.

Onu da qeyd edək ki, mayın 19-da Azərbaycan paytaxtında, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar