Dibçəkdə gül əvəzinə narkotik əkdi

Polis gül qabında narkotik əkən kişini tutub

Ötən gün Şabran rayonunda polisə daxil olan məlumat əsasında əməliyyat keçirilib. Anspress-in bölgə müxbirinin verdiyi məlumata görə, məlumat əsasında Sabir küçəində yaşayan 1961-ci il təvəllüdlü İlham Yarıyevin mənzilində axtarış aparılıb.

Əməliyyat nəticəsində İlham Yarıyevin evinin damında 7 ədəd gül dibçəyi götürülüb. Lakin dibçəkdə gülün əvəzinə narkotik tərkibli çətənə kolları olub.

Polis İlham Yarıyevi saxlayıb.

Şabran rayon polis şöbəsinin rəis müavini Laçın Hacıyevin ANS PRESS-in bölgə müxbirinə bildirib ki, saxlanılan İlham Yarıyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar