“Türkiyə bu layihəni öz milli maraqlarına uyğun inkişaf etdirəcək” - Taner Yıldız

Türkiyə “Türk axını” qaz boru layihəsini öz milli maraqlarına uyğun olaraq inkişaf etdirəcək. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.

“Avropa İttifaqının bəzi ölkələrinin bu məsələyə dair öz fikirləri var, lakin Türkiyə “Türk axını” layihəsinin üzərində öz milli maraqlarını düşünərək çalışır. Söhbət bizim maraqlardan gedəndə biz daha diqqətli oluruq, bu səbəbdən də “Türk axını” inkişaf etdiriləcək. Biz bu məsələ ətrafında ”Qasprom”la danışıqları davam etdiririk", deyə türkiyəli nazir bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar