ETİBAR PİRVERDİYEV "BANDOTDEL"Ə APARILIB - Sabiq deputat ölkədən qaçdı

“Azərenerji” prezidenti BMCMİ-də nə deyib?

İş adamlarının həbsinin yeni dalğası başlayıb

Prezident İlham Əliyevin mayın 20-də keçirdiyi toplantıda dövlət əmlakının mənimsənilməsi ilə bağlı sərt mövqeyindən sonra Beynəlxalq Banka külli miqdarda kredit borcu olan iş adamlarının həbsinin yeni dalğası başlayıb. Xatırladaq ki, dövlət başçısı Bakıda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı həbs edilən iş adamları haqda çox sərt mövqe bildirib.“Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsus ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək” - deyə, prezident bildirib.

bandotdelMayın 21-də yayılan xəbərə görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (BMCMİ) tərəfindən saxlanılan sahibkarların 6 nəfəri barədə həbs-qətimkan tədbiri seçilib. Yerli saytların məlumatına görə, bu gün ün - mayın 22-də adı banklardan kredit kimi götürülmüş pulların mənimsənilməsində keçən daha 6 iş adamının Baş Prokurorluğun sanksiyası ilə həbs ediləcəyi gözlənilir. Bu cinayət işi ilə bağlı artıq neft oliqarxı Nizami Piriyev,"Xəzər adaları" mifik lyihəsinin müllifi Hacı İbrahim Nehrəmli, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradov, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov, “Azərinşaat” MMC-nin rəhbəri Mehdi Əliyev və Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı barədə həbs-qətimkan tədbiri seçilib.

“Beynəlxalq Bank işi”ndə saxlanılan şəxslərdən daha biri Şəki “Aqro-İndastri ” MMC-nin süd emalı zavodunun direktoru Rəfael Rəhimovdur. Onun həyat yoldaşı Kifayət Rəhimova bildirib ki, əri digər iş adamları kimi mayın 12-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub və orada saxlanılıb. K.Rəhimova bildirib ki, sözügedən süd emalı zavodu 2006-cı ildə açılıb, əri isə 2009-cu ildən həmin quruma rəhbərlik edib. Şirkət Beynəlxalq Banka məxsus olub. Onun sözlərinə görə, həyat yoldaşının 54 yaşı var.

Xəbərlərə görə, Beynəlxalq Banka ən çox borcu olanlardan biri, eks-deputat, “Globus Plaza” şirkətinin sahibi Dünyamin Xəlilov istintaqdan yayınıb. “Yeni Müsavat”ın məlumatına görə, onun ölkədən qaçdığı deyilir. Bir neçə gün əvvəl həbs olunması barədə xəbərə “mən hazırda müalicədəyəm” deməklə kifayətlənən eks-deputat ölkədə olmadığına işarə etmişdi.

Qeyd edək ki, Dünyamin Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildən başlayıb. Dünyamin Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər “Globus Plaza”nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülüb. Eks-deputatın barəsində hələ ki rəsmi nə həbs edildiyi, nə də axtarışda olması xəbəri yoxdur.

cahangir_haciyev-bankPrezidentin dövlət məmurlarından danışarkən “cinayət törətmisənsə, get, cəzasını çək” sözləri Beynəlxalq Bankın İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həbs ediləcəyi barədə xəbərləri artırıb. Bəzi mənbələr iddia edir ki, prezidentin etimadını doğrultmayan C.Hacıyevin həbsdən yaxa qurtarması sadəcə mümkünsüzdür.

"AzPolitika.info"nun məlumatına görə, sabiq bank rəhbəri BMCMİ-də istintaqa cəlb olunan iş adamlarının dindirilməsində və üzləşmədə iştirak edir.

“Yeni Müsavat” isə “Azerenerji” prezidenti Etibar Pirverdiyevin də istintaqa cəlb edilməsi barədə sensasion məlumat yayıb. Mənbə deyib ki, E.Pirverdiyev mayın 19-da BMCMİ-nə çağırılıb. Onun bir neçə saat dindirildiyi deyilir. Qeyd edək ki, E.Pirverdiyevlə Beynəlxalq Bank arasında borca görə məhkəmə çəkişməsi də olub. Beynəlxalq Bank tərəfindən 104 milyon manat məbləğində kredit və faizlərinin geri qaytarılması üzrə iddianı iki il əvvəl Sumqayıt İnzibati İqtisad Məhkəməsi təmin edib. Məhkəmə borcun “Azərenerji” ASC-dən tutulması barədə qətnamə çıxarıb. Qətnamədən apelyasiya şikayəti verilib, amma təmin olunmayıb.

Etibar PirverdiyevYəni Pirverdiyevin 104 milyon manatı Beynəlxalq Banka ödəməli olduğu qətiləşib.“Azərenerji” bu vəsaiti Beynəlxalq Banka qaytarmayıb. Qaynağımızın dediyinə görə, E.Pirverdiyev məhz bu borc məsələsinə görə istintaqa çağırılıb. Səlahiyyətlərinin əsas hissəsi “Azərişıq”a verildikdən sonra mövqeləri xeyli zəifləyən E.Pirverdiyevin işini çətinləşdirən daha bir mühüm fakt da var. Məlumdur ki, Bayraq Meydanının sabiq rəhbəri, “Azİmport” şirkətinin sahibi Rəşad Məmmədov və onun şirkətdəki şəriki Azər Əsgərov həbs olunublar. Bayraq Meydanının tikilməsi E.Pirverdiyevə həvalə olunmuşdu və R.Məmmədovun həbsindən sonra tikinti zamanı baş vermiş yeni korrupsiya faktları üzə çıxıb. Böyük ehtimalla MTN-ə həvalə olunan bu işin istintaqı E.Pirverdiyevə də gəlib çıxacaq. Bu səbəbdən “Azerenerji” prezidentinin iki tərəfdən çıxılmaz vəziyyətə düşə biləcəyi gözləniləndir.

Bundan başqa, Etibar Pirverdiyevin biznesinin də ciddi böhran içərisində olduğuna dair məlumatlar son vaxtlar xeyli dərəcədə intensivləşib.Prezidentin qəti mövqeyindən də görünür ki, həbslər artıq daha iri fiqurlara çatır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar