Yanan binanın telefon və internet borcları silindi

Mayın 19-da Bakının Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğın hadisəsi ilə əlaqədar həmin binanın sakinlərinə öz dəstəyini göstərmək üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən xüsusi qərar qəbul edilib.

Bu barədə “APA-Economics”ə nazirliyin mətbuat katibi, nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.

“Nazirlik binada zərərçəkənlərə öz yardımını göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borclarını öz hesabına ödəyəcək. Eyni zamanda yanmış binanın sakinləri üçün nazirlik mənzilləri bərpa olunduqdan sonra telefon və internet xətlərinin çəkilişlərini pulsuz həyata keçirəcək”, - deyə M. Əmirov bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar