Azərbaycan diasporunun rəhbərindən ŞOK QƏRAR - Seçkilərdə kürd partiyasına səs verəcək

Azərbaycan diasporunun Türkiyədəki nümayəndələrindən biri, İzmir Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru və qardaş ölkədə fəaliyyət göstərən “CanAz” internet televiziyasının rəhbəri Camal Mehmetxanoğlu qarşıdan gələn parlament seçkilərində səsini müxalifdə olan kürd partiyasına-HDP-yə verəcəyini bəyan edib. Modern.az saytının məlumatına görə, Camal Mehmetxanoğlu birmənalı qarşılanmayan seçimini bir neçə faktla əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, HDP (Xalqların Demokratik Partiyası – sədr Selahettin Demirtaş-red.) insanların təbii haqlarından biri olan ana dilində təhsili və qadınların ictimai-siyasi həyatda fəaliyyətini dəstəklədiyi üçün seçimi məhz o təşkilat olacaq.

Camal Mehmetxanoğlu əlavə olaraq seçiminin niyə HDP olacağına bu cür aydınlıq gətirib:

“Etnik ayrı seçkiliyə yol vermədiyi üçün, kürd milləti və digər etnik azlıqların hər zaman yanında olduğu üçün.

Əzilən siniflərin yanında hər zaman HDP olub. HDP-nin də Türkiyə Böyük Millət Məclisində olmasını istəyirəm. HDP-nin parlamentdə olması Türkiyədə daxili savaşların azalmasına çox kömək edə bilər”.

Azərbaycan diasporunun nümayəndəsinin fikrincə, bu gün iqtidarda olan AKP-yə müxalif ola biləcək tək partiya məhz HDP-dir.

Camal Mehmetxanoğlu düşünür ki, HDP digər ana müxalifət partiyaları olan CHP və MHP hakim AKP-yə qarşı layiqli mübarizə apara bilmir.

Türkiyədə parlament seçkiləri iyunun 27-də keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar