Riqada aksiya keçirilir - FOTO

Etirazçılar Ukrayna və Gürcüstanda ərazi bütövlüyünə dəstək istəyir

Latviyanın paytaxtı Riqa şәhәrindә Avropa İttifaqı "Şәrq tәrәfdaşlığı" sammiti keçirilir. Sammitin keçirildiyi binanın qarşısında isə bir qrup şəxs tərəfindən Ukrayna vә Gürcüstanın әrazi bütövlüyünә dәstәk aksiyası keçirilir. Anspress-in Riqaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar aksiyanı Ukrayna və Gürcüstanda ərazi bütövlüyünə dəstək məqsədi ilə təşkil ediblər.

Bina qarşısına toplaşan təxminən 20-30 nəfər insan Ukrayna və Gürcüstan bayraqları qaldıraraq Rusiyaya qarşı şüarlar səsləndiriblər.

Aksiya iştirakçıları "Russian agression stop" yazılı plakatlar qaldıraraq Rusiyanı müharibədən çəkinməyə çağırıblar.

Qeyd edək ki, sammitdә Aİ Xarici әlaqәlәr üzrә ali nümayәndә Federika Mogerini, Aİ Genişlәndirmә vә Qonşuluq Siyasәti üzrә komissar Yohannes Han, Avropa komissiyasının prezidenti Jan Klod Yunker, Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Parlamentinin prezidenti Martin Şultz vә digәr Avropa İttifaqı vә Avropa Şurasının ali rəsmi şәxslәri iştirak edir. Azәrbaycanı tәdbirdә xarici işlәr naziri Elmar Mәmmәdyarov vә Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov tәmsil edir. Sammit bu gün də davam edәcәk və sonda yekun bәyanat imzalanacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar