AzTV sədrindən yeni kadr təyinatları

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri, deputat Arif Alışanov öz köməkçisi Fərman Orucovu "İdman Azərbaycan" Televiziyasının direktoru təyin edib. Bu haqda məlumatı AzTV-dəki mənbə AzNews.az-a bildirib.

Qeyd edək ki, Fərman Orucov AzTV-də uzun müddətdir çalışır. O, əvvəlki sədr Nizami Xudiyevin dövründən başlayaraq sədrin köməkçisi vəzifəsində işləyib.

Xatırladaq ki, Fərman Orucov Yeni Azərbaycan Partiyasının Sumqayıt Şəhər təşkilatının idarə heyətinin və Şurasının üzvüdür. O, 2011-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb.

Digər bir dəyişiklik tanınmış telejurnalist Etibar Babayevlə bağlıdır. O, AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılıb.

Məlumata görə, həmin vəzifəyə may ayının 5-də Prezident İlham Əliyevin sərəncamı ilə AzTV-nin sədr müavini vəzifəsindən çıxarılan Faiq Hüsiyev təyin edilib.

Qeyd edək ki, mayın 5-də işdən çıxarılan AzTV sədrinin radio üzrə keçmiş müavini Cavanşir Cahangirovun da yenidən AzTV-yə hansısa vəzifəyə qayıdacağı gözlənilir. Ancaq bu informasiya hələ öz təsdiqini tapmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar