“Azərbaycanla münasibətlər olmadan yaşaya bilmərik”- Gürcüstanın müdafiə naziri

“Azərbaycan da Türkiyə kimi bizim strateji müttəfiqimizdir. Gürcüstanla Azərbaycan arasında elə münasibətlər yaranıb ki, biz bu münasibətlər olmadan yaşaya bilmərik”.

APA-nın məlumatına görə, bunu Gürcüstanın müdafiə naziri İrakli Alasaniya Türkiyədə nəşr olunan “Turkish policy” jurnalına deyib.

Nazir bildirib ki, Gürcüstanla Azərbaycanı yalnız enerji deyil, digər sahələrə aid layihələr də birləşdirir: “Bütövlükdə bizim gələcəyimiz regiondakı üç ölkə ilə daha geniş miqyaslı əməkdaşlıqdan asılıdır”.

İ. Alasaniya Gürcüstanın Azərbaycan, Türkiyə və Ermənistanla həm iqtisadi, həm hərbi sənaye, həm də xarici siyasət sahəsində əməkdaşlığı genişləndirmək, bu ölkələrlə hərbi siyasət məsələlərini daha effektiv koordinasiya etmək niyyətində olduğunu vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar