"O DÜNYADA DA ƏZAB ÇƏKƏCƏYƏM ..." - Hacıbala Abutalıbov - FOTOLAR

Hacıbala Abutalıbov yanan bina sakinləri ilə bir daha görüşüb

"Əgər burada bir ailə bir itki veribsə, mənim 15 yaxınım ölüb". Anspress-in məlumatına görə, bunu Bakının Binəqədi rayonunda yanan 16 mərtəbəli binanın sakinləri ilə görüşündə Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov deyib.

"Siz ele bilirsiz mən əzab çəkmirəm? Mən 15 yaxınımı, əzizimi itirmişəm. Onlar mənim əzizlərim, övladlarımdır, bacı-qardaşımdır. Çox əzab çəkirəm. Hələ bu harasıdır, öləndən sonra o biri dünyada da əzab çəkəcəyəm".

H.Abutalıbov sakinlərə ilkin olaraq cibxərcliyi kimi min manat verildiyini deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq onlara kompensasiyalar ödəniləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar