MTN-in həbs etdiyi şəxslər məhkəmə qarşısında

Sumqayıt Apellyasiya Məhkəməsində qanunsuz olaraq, odlu silah saxlamaqda təqsirləndirilən Quba rayon sakinləri Vəfanur Məmmədov, onun qardaşı Vəfadar Məmmədov və Nizami Nəcəfovun apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başlayıb. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti baxış iclası iyunun 2-nə təyin edilib.

Qeyd edək ki, hər 3 şəxs Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçirdiyi əməliyyat zamanı saxlanılıb. Onlar qanunsuz olaraq silah saxlama, gəzdirmə və Qubanın Nügədi kənd sakini Mərziyyə Osmanovanı oğurlamağa cəhddə ittiham olunurlar.

İttihama görə, Vəfadar Məmmədov Nizami Nəcəfov və Vəfanur Məmmədovla qabaqcadan əlbir olaraq tamah niyyəti ilə Quba rayonu II Nügədi kənd sakini Osmanova Mərziyyə Atamoğlan qızının oğurlanmasını həyata keçirmək məqsədilə istintaqa məlum olmayan mənbədən döyüş sursatları və partlayıcı maddələr əldə edib saxlamaqla adam oğurluğuna hazırlıq cinayəti törədiblər.

Mərziyyə Osmanova Quba Rayon Polis Şöbəsinin əməkdaşının bacısıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N . Nəcəfov 8 il, Vəfadar Məmmədov 7 il, Vəfanur Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar