Riqa sammitinin yekun sənədində Krım məsələsi yer alacaq 

Rusiya KİV-nin məlumatına görə, Finlandiyanın baş naziri Aleksandr Stubb bəyan edib ki, Riqa sammitinin yekun sənədində Krım məsələsi yer alacaq: «Riqa sammitinin yekun sənədində Krım məsələsi bu və ya digər formada xatırlanacaq. Amma anlamaq lazımdır ki, sammit Rusiyaya qarşı yönəlməyib. O, «Şərq tərəfdaşlığı»nın altı ölkəsi ilə əməkdaşlığa hesablanıb» («TASS»).

Öz növbəsində, Avropa komissarı Yohannes Xan jurnalistlərlə söhbətində təsdiqləyib ki, «Şərq tərəfdaşlığı»nın Riqa sammitində hazırlanan yekun sənədə daxil edilməsi nəzərdə tutulan Krım bəndi hələ razılaşdırılmayıb.

O, hesab edir ki, bütün bəndlər, o cümlədən, Krıma aid olacaq bənd bir qədər sonra razılaşdırılacaq: «Ümid edirəm ki, bütün məsələlər həll ediləcək...».

Bundan əvvəl xəbər verilmişdi ki, Ermənistan və Belarus «Krımın anneksiyası» anlayışının yer alacağı bəyannaməni imzalamaqdan imtina ediblər. «TASS»-n diplomatik mənbəyi xəbər verib ki, Avropa İttifaqı «Krımın anneksiyası» anlayışını sənəddən çıxarmaq istəmir. Odur ki, belə anlayış sənəddə qala bilər, bununla yanaşı razı olmayan ölkələrin mövqeyi də sənəddə öz əksini tapacaq.

AzPoltika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar