Hacıbala Abutalıbov əsəbiləşdi: "Mən neyləyim indi?!" - Video

Dünən axşam Binəqədi rayonunda yanan binanın qarşısına xeyli insan toplaşaraq yanğın zamanı həlak olan insanların xatirəsini anıblar. Azadxeber.az-ın məlumatına görə, hadisə yerinə Bakı meri Hacıbala Abutalıbov və Binəqədi rayonunun icra başçısı Xaləddin İskəndərov da gəliblər. Qəzəbli sakinlərin suallarını cavablandırmağa çalışan mer bir neçə dəfə çaşıb, verilən suallara ünvanına görə cavab cerməyə çətinlik çəkib. Sakinlərdən biri bildirib ki, binanı üzləyərkən yerə tökülən qırıntılardan uşaqlar Novruz bayramında tonqal qalayıblar. “Tonqal “iskra” kimi yanırdı” deyən sakin dəfələrlə Binəqədi rayon icra hakimi Xaləddin İsgəndərovun qəbuluna düşmək istəsə də bunun qeyri mümkün olduğunu bildirib: “Mən indi bunu burada görürəm”- deyən qadın bu cür materialdan binaların üzlədilməsinə kimin cavabdeh olduğunu soruşub. Ətrafdakı insanlar da ona qoşulan zaman Hacıbala Abutalıbov açıq-aşkar əsəbləşib və kobud cavablar verməyə başlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar