"ƏN YÜKSƏK VƏZİFƏLİ ŞƏXS DƏ CƏZALANACAQ" - Hacıbala Abutalıbov

"Ən yüksək vəzifəli şəxs də bu işdən azad olmayacaq. Prezident də deyib ki, bu işdə günahkar olanların yeri zindandır"

"Mən buradakı rənglərə inanmıram. Təmir zamanı yalnız Finlandiya, Amerika və Almaniya istehsallı rənglər istifadə olunacaq". Anspress-in məlumatına görə, bunu bu gün Bakı şəhər İcra Hakimiyyətinin binasında yanan binanın sakinlərini qəbul edən icra başçısı Hacıbala Abutalıbov deyib.

"Rənglər təyyarə ilə gətizdiriləcək. O rənglərin sertifikatı var".

Mer üzlüklərin bütün binalardan söküləcəyini və onların ən yüksək səviyyədə yenidən təmir ediləcəyini deyib. O, bir dənə də belə bina qalmayacağını bildirib.

"Ən yüksək vəzifəli şəxs də bu işdən azad olmayacaq. Prezident də deyib ki, bu işdə günahkar olanların yeri zindandır. Onlar ömürlük cəza almalıdırlar".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar