Mərkəzi Bank kapital bazarında birbaşa iştirakını dayandırdı

images_milli bank mmAzərbaycan Mərkəzi Bankına (AMB) məxsus dövlət qısamüddətli notlarının tədüvülünə fasilə verilib. Bu barədə fins.az Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə istinadən xəbər verir. Məlumata görə, AMB-nin notlarının sonuncu buraxılışı bu il, aprelin 28-da qeydə alınıb. Bundan bir gün sonra isə Fond Fond Birjasında hər birinin nominal dəyəri 100 manat olan 50 min not, yəni 5 milyon manatlıq (ümumi məbləği 30 milyon manat), tədavül müddəti – 28 gün olan qısamüddətli notlar hərraca çıxarılıb. Amma hərrac zamanı birja üzvləri tərəfindən sifarişlər təqdim olunmadığı üçün satış baş tutmayıb. Bundan sonra AMB not tədavülünü dayandırıb. Yaranmış vəziyyət bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra milli valyutada olan qiymətli kağızlara tələbatın olmaması ilə bağlıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar