MİLYARDLAR PAYLANANDA MALİYYƏ NAZİRLİYİ HARDA OLUB? - Müşahidə Şurasında kimlər var?

İki həftədir Azərbaycan KİV Azərbaycan Beynəlxaq Bankının (ABB) borclusu olan böyük bir qrup sahibkarların saxlanılması, həbsi və dindirilməsi haqqında məlumat yayır.Onların milyard dollarlarla ölçülən həddindən artıq böyük kredit borcları olduğu deyilir.

Bu zaman ABB susur, problemli kreditlərin həcmi haqqında məlumatları təkzib etmir və bunun necə baş verdiyini, işin necə bu yerə gəldiyini açıqlamır.

Turan agentliyinin ABB-dən şərh və bu suallara cavab almaq cəhdləri nəticəsiz qalıb.

ABB mətbuat xidmətinin rəhbəri Rauf Ağayev telefonuna cavab verməyib. ABB-nin kredit fəaliyyətinə nəzarət şöbəsinin rəhbərliyinə bağlamaq xahişinə cavabda bankın kommutatoru belə bir hüququ olmadığını bildirib.

ABB işçiləri milyardlarla problemli kreditin yaranmasının səbəbləri haqqında sualları cavablandıra bilmirsə, bankın əsas səhmdarı olan bank haraya baxırdı?

Bankın Müşahidə Şurasının üzvləri – yüksək vəzifəli məmurların gözündən vəziyyət necə qaçıb? Məsələn, maliyyə nazirinin müavini Azər Bayramov Müşahidə Şurasının sədridir.

Müşahidə Şurasının üzvləri arasında Dövlət Əmlak Komitəsinin sədr müavini Rüstəm Şahbazov, Maliyyə Nazirliyinin hüquq şöbəsinin direktoru Xaliq Rəhmanov, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin direktoru müavini Müşfiq İsrafilov və başqaları var.

ABB rəhbərliyi uzun illər faktiki olaraq bankı nəzarətsiz idarə edib.

Bankın 1800-ə yaxın minoritar səhmdarı qarşısında heç bir hesabatlılıq olmayıb. Onların bəziləri Turan-a bildiriblər ki, qanunazidd olaraq, onlar səhmdarların yığıncağına dəvət edilmirdi. Bu cür yığıncaqlar cəmi 10-15 böyük səhmdarın iştirakı ilə keçirilir.

Samir-Sherifov-danishirABB səhmlərinin 51,07%-i dövlət adından çıxış edən Maliyyə Nazirliyinə məxsusdur. Qeyri-dövlət təşkilatları 10,11% səhmə malikdir, qalan 38,82% səhmlər isə fiziki şəxslərə məxsusdur.

Turan agentliyinin “oliqarxgeyt” adlandırdığı ABB qalmaqalı dövlət idarəetməsində və bank sisteminin idarəetməsində sistemli böhran yaradıb.

Belə bir təəssürat yaranır ki, ABB-nin keçmiş rəhbəri Cahangir Hacıyev şəxsən kart-blanşa və yüz milyonları nəzarətsiz idarə etmək hüququna malik idi, maliyyə əməliyyatlarının qanuniliyinə nəzarət etməli olan dövlət institutları isə ya bank rəhbərliyini himayə edirdi, ya da onlarla əlbir idi.

Sıravi vətəndaş 500-1000 manat kiçik kredit almaq üçün bir çox sənədlər və zaminlər təqdim etməlidir. Kredit ödənişini 2-3 ay gecikdirdikdə isə kiçik borclu məhkəmələrdə süründürülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar