Ollanddan Kremlə sərt mesaj

Fransa prezidenti Qərbi Rusiyaya təzyiq göstərməyə çağırış edib

"Ukraynanın şərqindəki atəşkəs rejiminə əməl edilməsi üçün Rusiya və rusiyapərəst separatçılara təzyiq etmək lazımdır". Anspress-in məlumatına görə, bunu Fransa prezidenti Fransua Olland bildirib.

O, Riqada keçirilən “Şərq tərəfdaşlığı” sammitində çıxışı zamanı deyib: "Aydındır ki, atəşkəsə tam əməl olunmur. Buna görə də biz təzyiqləri davam etdirməliyik. Xüsusilə, atəşkəs rejiminə tam əməl olunması üçün Ukraynanın şərqindəki separatçılara və Rusiyaya qarşı sanksiyalar artırılmalıdır".

Onun sözlərinə görə, ötən ilin aprelindən indiyədək Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox insanın ölməsi, Ukraynanın bir sıra şəhərlərindəki indiki vəziyyət dərin narahatlıq doğurmaya bilməz və Avropa buna biganə yanaşmamalıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar