“Müsavatın müttəfiqlik təklifi qərarlarımıza uyğun deyil”

“KXCP Ali Məclisinin 2013-cü ildəki hadisələr, prezident seçkiləri, Milli Şura və birliklə bağlı qərarları var. Müsavat Partiyasının müttəfiqlik təklifi isə həmin qərarlarımıza uyğun gəlmir”.

Bunu APA-ya açıqlamasında Milli Şuranın üzvü, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının müttəfiqlik sazişi barədə təklifinə münasibət bildirərkən deyib.

M. Mirəlioğlu qeyd edib ki, Müsavat Partiyası müttəfiqlik sazişi təklif edib, KXCP-nin isə artıq birliklə bağlı qərarları var: “Biz hamının bir araya gəlməsinin tərəfdarıyıq və artıq hamı bir aradadır. Bu barədə ikitərəfli müzakirələrdə də mövqeyimizi bildirmişik. Dəyərləndirmə isə istər-istəməz olmalıdır, çünki təklif var. Yaxın günlərdə təklifə rəsmi cavab verəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar