Dörd nəfəri xilas etdiyini deyən "qəhrəman" yalançı çıxdı - Atası danışdı (VİDEO)

“Oğlumun əqli çatışmazlığı var, o, yalan danışır”

Azadlıq prospektində çoxmərtəbəli binada yanğın zamanı dörd nəfəri xilas etdiyini iddia edən fəhlə Kamran Babayevin atası oğlunun bu iddiasını təkzib edib. Uğur Babayev APA TV-yə verdiyi açıqlamada oğlunun əqli çatışmazlığının olduğunu deyib: “Oğlumun bir az əqli çatışmazlığı var. Əsgərliyə çağıranda tibbi komissiya Bakıya, psixi dispanserə göndərmişdilər. Burada onun əqli çatışmazlığı olduğuna qərar verdilər”.

Ağsu rayonunda yaşayan Uğur Babayev oğlunun yanan binadan dörd nəfəri xilas etdiyi barədə iddialarını telekanaldan izlədiyini deyib: “Televizorda onun şəklini gördüm. Əllərini göstərir, deyir ki, ayaqları yanıb. Amma əllərində heç nə yoxdur”.

Uğur Babayevin sözlərinə görə, oğlunu açıqlama verməyə razı olsa da, sonradan su almaq bəhanəsi ilə qaçıb: “Oğlumla burada idik. Dedi bura dəyib gəlirəm, qaçıb. Hərəkətlərində bildirir ki, çatışmazlıq var. Rayonda olanda, öz yanımda olanda bilirdim ki, yalan danışmağı sevir, nə deyir, yalan deyir”.

Uğur Babayev qeyd edib ki, oğlu uşaq vaxtı ürəkkeçmədən əziyyət çəkib və buna görə müalicə götürüb.

Qeyd edək ki, APA TV-nin əməkdaşları son iki gün ərzində Kamran Babayevlə əlaqə saxlayaraq reportaj hazırlamaq istəyib, lakin Kamran Babayev Ağsu rayonunda olduğunu, Bakıya bir həftədən sonra gələcəyini bildirib. Atası isə oğlunun yalan danışdığını, bu müddət ərzində Bakıda olduğunu deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar