Polşa prezidentinə hüсum oldu

Polşa prezidenti Bronislav Komorovski Torun şəhərində seçicilərlə görüşündə 34 yaşlı kişinin hucumuna məruz qalıb. D.Remiqiuş adlı şəxs prezidentə şəhərin mərkəzi meydanında avtomobilindən çıxarkən hücum edib. Remiqiuş saxlanılarkən polisə müqavimət göstərib.

Komorovski insidenti «Twitter» səhifəsində «Bizim ölkədə çox böyük aqressiya var. Buna Torunda bir daha şahid oldum» deyərək şərh edib.

Qeyd edək ki, Komorovski prezident seçkilərinin ilk turunda qalib gələ bilməyib. İkinci tur mayın 24-də olacaq. Komorovskinin əsas rəqibi müxalifyönlü Qanun və Ədalət Partiyasının sədri Andjem Dudadır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar