Qazıxıstan infrastrukturuna 14 milyard dollar ayırdı

Qazaxıstanda «Nurlu yol» proqramı çərçivəsində kommunikasiya şəbəkələrinin yaradılmasına 14 milyard dollardan artıq vəsait yatırılması nəzərdə tutulur (İTAR TASS).

Mayın 22-də keçirilən 8-ci Astana İqtisadi Forumunda (AİF) bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib: «Təkcə növbəti 3 ildə ölkədə yol tikintisinə, elektron şəbəkələrin və kommunikasiyaların yaradılmasına 14 milyard dollardan artıq vəsait yönəldiləcək. Yəni ki, biz yerin təkindən əldə etdiyimiz pulları Milli fonda yatırdıq, indi isə ümumdünya böhranı şəraitində «əks dövrəli» siyasət yeridirik...».

Prezidentin sözlərinə görə, proqramın həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitin 1/3-dən çoxu beynəlxalq maliyyə strukturlarından alınacaq: ««Nurlu yol» proqramının reallaşması bir sıra vacib nəticələrin əldə olunmasına imkan verəcək. 2019-cu ilə qədər Qazaxıstan şəhərləri arasında hərəkətin vaxtı təxminən 30 faiz qısalacaq. Bu da tez bir zamanda qonşu ölkələrə çıxışı təmin edəcək. Ölkənin elektrik enerjisinə olan tələbatını tam şəkildə ödəməyə imkan verən vahid enerji sistemi formalaşdırılacaq...».

AzPolitika.info

.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar