Azərbaycanda canavar sürüsü kəndə hücum çəkdi

Ötən gecə Şəkidə canavar sürüsü kəndə hücum edib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Qudula kəndində qeydə alınıb.

Canavar sürücü kənddəki həyətlərə soxulublar. Yırtıcılar Fikrət Məmmədov, Əlövsət Süleymanov, Fikrət İbrahimov və Nemət Əliyevə məxsus şəxsi təsərrüfatlara da giriblər.

Canavar sürüsü kənddə ümumilikdə 100-ə yaxın mal-qaranı təlaf edib.

Hazırda rayon İcra Hakimiyyətinin nümayəndələri kənddədir. Əhaliyə dəyən ziyan dəqiqləşdiriir.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar