Məktəblərdə "Son zəng"in vaxtı məlum olub
Baxiş sayı:
Dərc olunub:
23/05/2015 - 12:58
Bu il Azərbaycanda "Son zəng" tədbirlərinin keçirilməsi ilə bağlı təhsil müəssisələrinə müvafiq tövsiyələr verilib.
APA-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris həftəsi 5 günlük olan məktəblərdə "Son zəng" mayın 29-da, 6 günlük iş həftəsi ilə çalışan məktəblərdə isə mayın 30-da təşkil olunacaq. Onun sözlərinə görə, məktəblərə tövsiyə olunub ki, həmin tədbirlər məktəb ərazisində keçirilsin.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.