FƏRHAD MƏMMƏDOVUN QARDAŞI "BANDOTDEL"ə APARILDI- Kabinetindən 4 milyon çıxıb- FOTOLAR

Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı “Bandotdel”ə aparılıb

(Son məlumatlar yazının ardına əlavə olunub)

Bu dəqiqələrdə virtualaz.org saytının redaksiyasına sensasion informasiya daxil olub. Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovu saxlayıb.

Fərid Məmmədov "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəridir.

Saytının əldə etdiyi xəbərə görə, Fərid Məmmədov dünən - mayın 22-də həbs edilib.

Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

[caption id="attachment_121866" align="alignleft" width="300"]

Rauf Ağayev[/caption]

Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.  Ancaq "Bank Technique”nin Müşahidə Şurasının üzvü, Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin rəhbəri Rauf Ağayevv “APA-Economics”ə açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edildiyi barədə xəbərlərin həqiqətə uyğun olmadığını deyib: "Bu xəbərin heç bir əsası yoxdur. Məni nə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar, nə də saxlayıblar. Hazırda məzuniyyətdəyəm, Bakıdayam”.

R. Ağayev “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədovun tutulması barədə isə məlumata malik olmadığını qeyd edib.

---

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi “Bank Technique”dəki iri maliyyə maxinasiyaları ilə bağlı araşdırma aparır. Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib. Qeyd edək ki, bankın Xəzər filialı “pul yuyulması”nda ittiham olunur.

Məlumata görə, “Bank Technique”nin Müşahidə Şurasının üzvü Rauf Ağayev sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Saxlanılan digər şəxslər isə hələ də “Bandotdel”dədir.

---

Son məlumatlara görə saxlanılan bankir Fərid Məmmədov bir müddət əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb.Bu məlumatı hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Məlumata görə, Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədov pul yuyulmasında şübhəli bilinir.

Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.

----

Fərid Məmmədov “APA-Economics”ə açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən dindirildiyi və həbs edildiyi barədə mətbuatda yazılanlar həqiqəti əks etdirmir: "Mənim həbs olunmağım və həbs olunarkən guya iş otağımdan 4 milyon ABŞ dollarının götürülməsi ilə bağlı mətbuatda yayılan xəbərlər yalandır. Nə dindirilmişəm, nə də həbs olunmuşam. Bu saytlar həmin xəbərləri nəyə əsasən yazıb, başa düşə bilmirəm. Məni dindirmək üçün heç bir yerə aparmayıblar. Dünən işdə olmuşam. Hal-hazırda iş günü olmadığına görə, mən evdəyəm, istirahət edirəm. Bazar ertəsi işdə olacağam. İstəsəniz gələrsiniz, görüşərik. Lazımdırsa, indi də görüşə bilərik”.

F. Məmmədov əlavə edib ki, onun rəhbərlik etdiyi filialda heç bir hüquq-mühafizə orqanı tərəfindən yoxlama aparılmayıb.

Ancaq maraqlıdır ki, Fərid Məmmədov saxlanılması ilə bağlı xəbərlərə çox gec- mediada"Bandotdel"dən dindirilərək buraxıldığı barədə məlumat verildikdən sonra münasibət bildirib. Bu da onun saxlanılması ilə bağlı məlumatlar yayılan zaman "Bandotdel"də olduğunu söyləməyə əsas verir. Hər halda, "od olmayan yerdən tüstü çıxmaz" deyiblər.

Vaqif

AzPolitika.info

[caption id="attachment_121863" align="alignleft" width="640"]

Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov[/caption]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar