“Victoria Secret”in “mələy”i Elman Rüstəmovun qızının geyimində - FOTOLAR

Bir sıra dünya məşhurlarını geyindirən azərbaycanlı modelyer Günel Rüstəmovanın kolleksiyasına bu dəfə Victoria Secretin “mələyi” müraciət edib.Braziliyalı model Kann festivalında Gyunel modalar evində hazırlanan ağ və qara rənglərin kombinasiyasından ibarət olan uzun libasdan istifadə edib və geyim üçün instagram hesabında modelyerimizə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Qafqazinfo”-nun  xəbərinə görə, 30 yaşlı model Kann festivalı çərçivəsində keçirilən 22-ci xeyriyyə gecəsi olan amfAR tədbirinə qatılıb.

İtaliya və Braziliya əsilli model Valentino, Dolce and Gabbana, Chanel, Ralph Lauren kimi brendlərin podyumunda yer alıb. 2005-ci ildən Victoria Secretin Fashion Show-larına qatılan model bir il sonra “mələk”lərin sırasına daxil ola bilir.

Məlumat üçün bildirək ki, Günel Rüstəmova Mərkəzi Bankın sədri Elman Rüstəmovun qızıdır. Gyunel moda evinin Londonda yaşayan modelyerin kolleksiyaları indiyədək dünyanın bir çox dəb şoularında nümayiş olunub. O, Londonda “Central Saint Martins” universitetinin dəb fakültəsini yüksək dərəcəli diplomla bitirib. Modelyer həm də rəssam kimi fəaliyyət göstərir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar