Şimali Koreya diktatorunun qardaşı yoxa çıxdı

Cənubi Koreya KİV-i Şimali Koreyanın lideri Kim Çen Inın qardaşı Kim Çen Çxolın harada olmasını müəyyən etməyə çalışır.Oxu.az xarici KİV-ə istinadla xəbər verir ki, Kim Çen Inın qardaşı mayın 20-də britaniyalı musiqiçi Erik Kleptonun Londondakı konsertində olub.

Növbəti gün Kim Çen Çxol yenə də gitaraçının konsertində olub və bundan sonra onun izi itib.

Güman edilirdi ki, o, Moskvaya qədər təyyarəyə minməli idi və Pekindən vətəninə qayıtmağı planlaşdırırdı. Lakin KİV-in mənbəsi bildirib ki, o, Londondan Moskva reysinə qeydiyyata düşməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar