23 yaşlı əsgər necə öldü və ya öldürüldü?

Dünən FHN-nin Biləcəridə yerləşən hərbi hissəsində xidmət keçən 23 yaşlı əsgər Babaşov Tapdıq Əlizaman oğlu həlak olub. Bu barədə onun yaxın qohumu Cavid Hacıbəyli sosial şəbəkədə məlumat yayıb.

Cavid Hacıbəyli qeyd edib ki, Tapdıq Babaşov hərbi xidmətə Qobustan rayon hərbi komissarlığından çağırılıb: "O, BDU-nun tarix fakultəsini bitirmişdi. Əsgərliyə getmək üçün o qədər həvəsli idi ki... Guya deyirlər ki, 4-cü mərtəbədən yıxılıb".

Qohumunun öz əcəli ölməsini şübhə altına alan C.Hacıbəyli qeyd edir ki, Tapdığın qollarında kəndir izləri olub, onun qollarını bağlayıblarmış.

T.Babaşov 2 ayın əsgəri olub, bu yaxınlarda andiçmə mərasimindən keçib.

C.Hacıbəyli bildirir ki, əsgəri hərbi hissədən Musa Nağıyev adına klinikaya gətiriblər, komada olub və həyatını itirib. Sonra onun Papanində yerləşən hərbi hospitalın morquna aparıb buradan da ailəsinə təhvil veriblər.

Alınan son məlumata görə, artıq mərhum əsgər dəfn olunmaq üçün Şamaxı rayonuna aparılır.

Əlaqədar qurumların mətbuat xidmətlərinin bu məsələyə dair açıqlama verməsi lazım gələcək.(musavat.com)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar