Kiyevdə deputatı güllələyən erməni qardaşlar imiş...

Erməni qardaşlar Kiyev vilayətinin Slavutiç şəhərinin deputatı Anatoli Qladçenkoya pnevmatik tapançadan atəş açıblar."Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, bu haqda onun deputat həmkarı Aleksandr Demidov məlumat yayıb.

A.Demidov deyib ki, həmkarına pnevmatik tapançadan iki dəfə atəş açılıb. Xəstəxanaya yerləşdirilmiş deputatın vəziyyəti ağırdır.

Anatoli Qladçenko "UDAR" Partiyasından (Kiyevin meri Vitali Kliçkonun başçılıq etdiyi partiya) deputat seçilib. O, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçə qarşı keçirilən "Avromaydan" hərəkatının fəal iştirakçılarındandır.

Basqınçılar üç nəfər olub. Onlardan ikisi - Artyom və Arman Xaçatryan adlı erməni qardaşlardır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar