NİDA Müsavatın əməkdaşlıq təklifinə rədd cavabı verib

NİDA Vətəndaş Hərəkatı Müsavat Partiyasının quruma əməkdaşlıq müqaviləsi bağlamaq barədə təklifinə cavab verib.

Hərəkatın mətbuat xidmətindən APA-ya daxil olan məlumatda bildirilir ki, Hərəkat Müsavat Partiyasının təklif etdiyi əməkdaşlıq müqaviləsinin bağlanmasına ehtiyac görmür.

Məlumatda o da qeyd edilir ki, Hərəkat ümumiyyətlə, hər hansı partiya ilə rəsmi müqavilə bağlamağı vacib saymır: “Real siyasi qüvvələrlə ölkəmiz üçün vacib məsələlərdə əməkdaşlığımız var və bundan sonra davam edəcək. Partiyalarla əməkdaşlığın rəsmiləşdirilməsinə ehtiyac duymuruq”.

Xatırladaq ki, Müsavat Partiyası Milli Şurada təmsil olunan partiya və hərəkatlara əməkdaşlıq müqaviləsi təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar