ÖLKƏDƏN QAÇAN OLİQARX BƏYANAT YAYDI - "Hafka"nın məqsədi nədir? 

2hafÖtən şənbə Azərbaycandan qaçan, mayın 18-də isə barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilən "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov bəyanat yayıb. O, “Bakı”nın prezidenti kimi komandasının cari mövsümdəki çıxışına mübnasibətini açıqlayıb.

hafta baki klubuQol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, H.Məmmədov “Neftçi” ilə baş tutan Premyer Liqa matçından sonra (0:0) komanda üzvlərini təbrikləini yolayıb. Mövsüm boyu gənclərin əzmkar mübarizə apardığını vurğulayan klub prezidenti “Bakı”nın daim Azərbaycan futboluna xidmət etdiyini vurğulayıb: “Neftçi” ilə oyun “Bakı”nın cari mövsümdəki son ev qarşılaşması idi. Komanda çox yaxşı təsir bağışladı. Göstərilən oyuna görə futbolçulara təşəkkür edirəm. Onlar əsl kollektiv kimi mübarizə apardılar. İnanıram ki, bu uşaqlar gələcəkdə Azərbaycan futboluna daha böyük xeyir verəcəklər. “Bakı” bu mövsüm 9-cu yeri tutdu. Amma bu nəticə bizi məyus etmir. Çünki bu, onların böyük futbolda ilk addımlarıdır. “Bakı” döyüşkən komanda təsiri bağışladı.

Bu gün komandamızda gənclərin oynaması Azərbaycan futboluna böyük fayda verəcək. Hazırda Premyer Liqanın bir çox klublarında “Bakı”nın yetirmələri oynayır. Bu, bizim düzgün iş apardığımızın göstəricisidir. İnanıram ki, hazırki heyətdə yer alan gənclər daha böyük uğurlar əldə edəcəklər. “Bakı” klubunun əsas məqsədi daim Azərbaycan futboluna xeyir vermək olub. Bu gün “Bakı”da oynayan gənclər yaxın gələcəkdə milli komandamızda da əsas söz sahibləri olacaqlar".

Qeyd edək ki, "Hafka"nın hələ Premyer Liqanın oyunlarının başa çatmasına hələ bir tur qalmış, çempionatda SONUNCU yerdə olan ("ARAZ"-ın cempionatı tərk etdiyini nəzərə alsaq-müəl.) bir klubun üzvlərinə təbriklərini mediada çap etdirməsi heç də təsadfə oxşamır. Şübhə yoxdur ki, bu, "AzPolitika.info"nun onun həbs təhlükəsindən yaxa qurtarmaq üçün ölkədən gizli qaçması xəbəri ilə(bax: “HAFKA” BARƏSİNDƏ HƏBS-QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ!" başlıqlı yazıya ) bağlıdır. "Hafka"nın bu xəbərdən bir gün sonra formal da olsa prezidenti olduğu klubun saytında "Hafiz Məmmədov “Neftçi” ilə baş tutan Premyer Liqa matçından sonra komanda üzvlərini təbrik edib" kimi məlumat yaydırması ictimaiyyəti çaşdırmağa xidmət edir. Bununla o, guya ölkədə olduğu, oyunçuları təbrik etdiyi rəyini yaratmağa cəhd edir.

Halbuki, “Neftçi” ilə “Bakı”nın oyunu mayın 22-də keçirildiyi halda, "Hafka" mayın 16-dan ölkədən çıxıb. Onun təbrik mətnini oyundan sonra deyil, "AzPolitika.info"nun məlumatından sonra yayması da "Hafka"nın məqsədinin məhz ictimiyyəti çaşdırmaq olduğunu göstərir.Ancaq baəsində həbs qəti imkan tədbiri seçildiyindən ortaya çıxa bilmir.

Qeyd edək ki, artıq həmin mətn də klubun rəsmi saytından götrülüb.

---

Bir qədər əvvəl yerli saytlardan birinə açıqlama verən Hafiz Məmmədov ölkədə olmadığını təsdiqləyib. Ancaq qaçmadığını deyib:“Mənim ölkədən qaçmağım haqda KİV-lərdə yayılan informasiyalar tamamilə yalandır. Hazırda Londondayam, müalicə alıram. Ayağımda problemlər var. Yaxın günlərdə Bakıya dönəcəyəm”.

“Hafka” onun cinayət məsuliyyətinə cəlb olunacağı haqda məlumatları da təkzib edib: "“Qayıdandan dərhal sonra sizinlə görüşməyə və bütün suallarınıza cavab verməyə hazıram”.

Ancaq onun bu məlumatının da ictimaiyyəti çaşdırmağa xidmət ediyi istisna deyil.Barəsində həbs qətimkan tədbirinin seçildiyi və ölkədən qaçdığına dair məlumatlar yayılanan bir dövrdə “Hafka”nın xəstələnərək Londona getməsi təsadüfə oxşamır.

Qeyd edək ki, mayın 18-də isə  barəsində Nəsimi rayon məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilən Hafiz Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat kredit gotürüb mənimsəməkdə ittiham olunur. Ancaq, görünür “Hafka” hələ də Bakıdakı dostları vaistəsilə problemi yoluna qoyacağına ümid edir. Bacaracaqmı, zaman göstərəcək!

Murad

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar