Ziya Məmmədov və İlqar Əliyevin şirkətləri "QARA SİYAHI"da

vergilerVergilər Nazirliyi vergi borcu olanların siyahısını yeniləyib. Bunların sırasına bir neçə məşhur, o cümlədən oliqarx ailələrinə məxsus şirkət daxil olub.

Məsələn, “Royal İsteyt” MMC (daşınmaz əmlakın idarə edilməsi) nəqliyyat naziri Ziya Məmmədovun ailəsinə məxsus “Garant Holding” qrupuna daxildir. “Transqeyt” nəqliyyat şirkəti və “Bakı” futbol klubu da vergilərini ödəmir...

“Riyad-Farm” MMC də Vergilər Nazirliyinin qara siyahısındadır. Bu şirkət prezidentin əmisi oğlu İlqar Əliyevə aiddir. Şirkətin 20 filialı və geniş apteklər şəbəkəsi (Bakı və rayonlarda 40 aptek) var. 1998-ci ildə yaradılan şirkətdə 2,4 min işçi çalışır.

“İmpresa S.P.A” (İtaliya) yol-tikinti şirkətinin Azərbaycan filialı da vergiləri vaxtında ödəmir.

Siyahıya 450 şirkət və fiziki şəxs, eləcə də bir sıra xarici şirkətlərin filial və nümayəndəliyi düşüb. Vergilər Nazirliyinin məlumatına görə, dövlət və büdcə müəssisələri və təşkilatları da vergidən yayınır. Borc məbləği açıqlanmır. Hərçənd qanunvericiliyə görə, bu, kommersiya sirri deyil ("Turan").

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar