Hacı İbrahimin milyonluq maşınları da satışa çıxarıldı - FOTOLAR

Son günlər başı üzərində “qara buludlar dolaşan” tanınmış iş adamı İbrahim Nehrəmlinin Beynəlxalq Bankdan götürdüyü milyonlarla manatı qısa müddətdə geri qaytarmaq öhdəliyi barədə məlumatlar yayılıb.

Avtosfer.az-ın məlumatına görə, bununla bağlı o, artıq bahalı avtomobillərini də satışa çıxarıb. Hətta dünən oliqarxın özünün idarə etdiyi “Bentley” markalı avtomobilin Bakıdakı “Bentley” servisdə satışa qoyulduğunu görənlər də olub.

Saytın əldə etdiyi məlumata görə, Hacı İbrahimin qarajında müxtəlif modeldən olan təxminən 10 lüks avtomobil var ki, onların hamısı satışa çıxarılıb.

Həmin avtomobillər arasında son model “Rolls Royce-Phantom” (1 milyon dollar), “Range Rover” (180 min), “Nissan Patrool” və digər modeldən olan maşınlar da var.

Qeyd edək ki, “Bentley” markalı avtomobilin dəyəri 250 mindən bahadır. Hacı İbrahimin idarə etdiyi “Bentley” sifarişlə gətirildiyi üçün bir qədər baha qiymətə başa gəlib – təxminən 300 min dollara.

Onu da xatırladaq ki, dünən İbrahim Nehrəmlinin rəhbəri olduğu “Avesta” şirkətinin ofisini 45 milyona satışa çıxardığı barədə məlumat yayılmışdı.

Qeyd edək ki, Hacı İbrahim öznün "Bandotdel"da saxlanıldığı bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar